• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” çempion oldu. Bəs sonra? - TƏHLİL

Dünya futbolu

19-05-2023, 22:0

Bazar günü “Espanyol”u məğlub edən “Barselona” dördillik fasilədən sonra yenidən zirvəyə oturdu. Amma klub və komanda ətrafındakı problemlər bitdimi?

“Barselona” – çempion! Son 4 ildə bu ənənəvi ifadəni işlətmək üçün əsas yox idi. Əslində 4 il zaman baxımından elə də uzun müddət deyil, amma nədənsə adama çox görünür. 2019-un çempion heyətində Pike əsas fiqurlardan biri idi, Messi ilə Suares birlikdə rəqib qapılarından 55 top keçirmişdi, Riki Puç gələcəyin ulduzu kimi görünürdü. Kataloniyalılar son 7 ildə 5-ci titulunu qazanmışdı, “Real” və “Atletiko” hərəyə bir dəfə bu seriyanın arasına girmişdi və hər kəs elə gəlirdi ki, daim belə davam edəcək. Sonradan “göy-qırmızılar”ın saysız-hesabsız problemləri başladı, milyard dollarlıq borc yükü klubun üzərində qaldı. Çox güman, nə vaxtsa “Barselona”nı necə öldürdülər” kitabını oxuyacağıq. Hətta bəlkə həmin kitab bir neçə cilddən ibarət olacaq. Messinin doğma klubdan getmək istəyi, sakit bir oğlandan klubun sabiq rəhbərliyini darmadağın edən müsahibələrin qəhrəmanına çevrilməsi, sosial şəbəkələrdə “Barsa”nın öz ulduzlarını məhv edən trol ordusu, hakimlərlə iş, klubun yeni oyunçuları qeydiyyatdan keçirməyə imkan verməyən maliyyə problemlərini şərtləndirən səbəblər – bütün bunlar kitabın fəsillərini təşkil edəcək. Heç bu gün də hər şeyin yaxşı olduğunu demək olmaz. Kataloniyalılar yenə də kəmərləri sıxırlar, xərcə qənaət etmək üçün klub telekanalını ixtisara salırlar. “Neqreyra” işinin hansı axarı alacağı hələ də bilinmir, bu gün komandada oynayan futbolçuların, hətta Qavinin belə yeni müqaviləsinin yayda necə qeydiyyata alınacağı haqda danışan yoxdu. Odu ki, “Barselona” çoxdan gözlədiyi titulu hansısa dərəcədə elementar məntiqin qayda-qanununa zidd şəkildə bayram edir. Ancaq kataloniyalıların 27-ci çempionluğun hadisələrin xoş axarı nəticəsində gerçəkləşdiyini demək axmaqlıq olardı. Bəli, yazda möhtəşəm təsir bağışlayan “Atletiko” mövsümün ilk yarısını biabırçı keçirdi, Karlo Ançelottinin dönüşündən sonra çoxlu titul qazanan “Real”ın, sadəcə, aclıq hissi itdi. Ancaq İspaniya futbolunda son üç ildə dəbi müəyyənləşdirən Madrid tandeminin problemləri “Barselona”nın zəfərinin dəyərini qətiyyən kiçiltmir. Bu çempionluğun legitimliyinə heç bir baxımdam şübhə etməyə dəyməz. İndiki “Barsa” hansısa məqamda hətta 10 il əvvəlin möhtəşəm qrafiki (onda komanda mərhum Tito Vilanovanın rəhbərliyi altında 100 xal toplamışdı) ilə irəliləyirdi. Təkrarlamaq mümkün olmasa da, aydındı ki, “göy-qırmızılar” finişə qədər son 10 ildəki ən yaxşı nəticəsini göstərəcək.

Laportanın işığı və kölgəsi

“Barsa”nın kimlərin sayəsində yenidən zirvəyə yüksəldiyini müəyyənləşdirmək eyni zamanda həm asan, həm də çətindi. Klub prezidenti Xuan Laportanı götürək. Bir tərəfdən, o, sona qədər də olmasa, klubu böhran uçurumundan çıxarıb. Digər tərəfdən, prezident iqtisadi təsir rıçaqlarına necə aludə olubsa, Liqa öz qaydalarını dəyişməyə məcbur oldu: indi maaş tavanını artırmaq üçün aktivlərin bir hissəsinin satışı kimi əməliyyatlar da ciddi şəkildə tənzimlənir. Laporta və onun idarəçi komandası danışıqlar prosesində maliyyə cadugərlərinə və dahilərinə çevrilib. Klub ən sərt məhdudiyyətlər şəraitində belə bir neçə möhtəşəm transfer gerçəkləşdirə bilib. Bununla yanaşı, rəhbərlik hər dəfə güzəştə gedən Frenki de Yonqu az qala zorla klubdan qovdu. Əlbəttə, belə tarixçələr klubu gözəlləşdirmir. Hələ onu demirik ki, məhz Laporta Messinin klubdan getməsinə imkan verdi. Prezident o mənada haqlı idi ki, hətta ən dahi oyunçu belə klubun gələcəyindən vacib ola bilməz. Ancaq ayrılıq zamanı yaşananlar əməlli-başlı rüsvayçılıqdı. Odu ki, yaxınlarda baş verən barışıqdan və Leonun gözlənilən dönüşündən sonra da həmin tarixçə Laportanın imicində qara ləkə kimi qalacaq. Elə “Neqreyra” işində də indiki prezident yalnız ona görə günahkar sayılmır ki, əvvəlki prezidentlik dövrünün üzərindən bəlli bir zaman keçib. Prezidentin populizmə meyilliliyi də gələcəkdə problem yarada bilər. Təkamül yolu ilə inkişaf Laportanın ağlına batan yol deyil.

Məşqçi qələbəsi
Lapotanın ideal olduğu nöqtə isə Xavinin dönüşü ilə bağlı tarixçədi. Klubun əfsanəsi, ötənlərin məşhur oyunçusu hələ ki məşqçi peşəsində as deyil. Çempionlar Liqasının qrupunda qalmaq, Avropa Liqasının pley-offunun ilk mərhələsindəcə mübarizəni dayandırmaq, İspaniya kubokunun finalında evdə “Real”dan alınan 0:4 hesablı məğlubiyyət istənilən mütəxəssisin yaşamalı olduğu uğursuzluqlardı. Ancaq özünəvurğunluq hissinə ciddi zərbə dəyən Xavi yorulmadan hədəfinə doğru irəliləyir və “el-klasiko” statistikasına görə artıq Ançelottidən üstündü (5:3). Üsluba sadiqliyə gəlincə, bu mütəxəssis lazımi məqamda prinsiplərinə zidd getməyi bacarır. “Santyaqo Bernabeu”dakı klassik “avtobus”, 1:0 hesablı 11 qələbə, 25 “quru” oyun həm rəqəm, həm də mahiyyət baxımından Joze Mourinyo dövrünün “Çelsi”sini xatırlatmırmı? Bütün bunlar cilalanan komanda oyununun məhsuludu. Kiçik Qavi həm yarada, həm də dağıda bilir. Ter Ştegenin etibarlı oyunu əfsanəyə bənzəyir. Vinisiusin qorxulu yuxusuna çevrilən Arauxonu da xatırlaya bilərik. Pedrinin ağıllı hərəkətləri, Dembelenin parlaq fəndləri. Meydandakı əsas qəhrəmanın adını soruşsaz, kiçik fasilə yaranacaq. Yenə də ağla hələ “Bavariya”dakı məhsuldarlığı təkrarlaya bilməyən Levandovski gələcək.

İndiki “Barsa”nın həm anadəngəlmə bombardiri, həm titulu, həm də hələ də quruculu mərhələsində olduğu halda “qızıl”ı götürən əsl komandası var. Messi ilə və ya onsuz bundan sonra daha da yaxşı olacaqmı – demək çətindi. Ancaq maraqlı olacağı dəqiqdi. İspaniyaya və Avropa futboluna güclü “Barselona” lazımdı. Və o qayıdır!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2022, 12:0

“Barselona” “Real”ı darmadağın edib çempion oldu!

Dünya futbolu

17-07-2022, 18:0

Suares ilə Fabreqas “Barselona”nın düşərgəsində

Dünya futbolu

19-05-2023, 13:0

“Barselona”nın xanımlarından möhtəşəm rekordlar

Dünya futbolu

21-10-2022, 16:0

“Barselona” tarixində 3-cü dəfə bu rekorda imza atdı

Dünya futbolu

13-04-2022, 21:0

Riki Puç "Barselona"dan getmək istəyir

Dünya futbolu

22-02-2023, 16:0

“Barselona” “Deportivo”nun rekordunu yenilədi

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə