Kiyev "Dinamo"su Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi İvan Kostyuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- "Qarabağ" birinci oyunla müqayisədə nəyi dəyişdi ki, nəticə fəqli oldu?
- Məncə, ciddi dəyişiklik yox idi. Sadəcə, bütün imkanlardan maksimum yararlandılar.
- İkinci hissənin əvvəlində Yankoviçin səhvindən sonra futbolçunuz əla epizoddan istifadə edə bilmədi. Buna sərt reaksiya verdiz. Sizcə, bu səhv hadisələrin axarına necə təsir etdi?
- İkinci hissədə təşəbbüs bizdə idi. Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq yaşadıq. Fürsətlərdən yararlana bilmədik.
- "Qarabağ"a qarşı hava toplarından daha çox istifadə edirdiz. Bu, rəqibinizin hava toplarında zəif olması ilə əlaqədar idi, yoxsa başqa variant yox idi?
- "Qarabağ" ilk dəqiqələrdə daha aqressiv oynayırdı. Bu üzdən, topu nəzarətdə saxlamağa çalışırdıq. Daha çox Ponomarenkaya güvənirdik. Əlimizdən gələni edirdik ki, topa nəzarət bizdə olsun.
- Ukrayna mətbuatında yayılan məlumata görə, "Dinamo" Konfrans Liqasında mübarizəni dayandırarsa, istefaya göndəriləcəkdiz. Bu xəbər nə dərəcədə doğrudu?
- Düzgün informasiya deyil.
KƏNAN BAHADIR