Bir qədər əvvəl “Qarabağ”ın bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Dinamo” ilə qarşılaşacaq heyəti açıqlanıb. Qurban Qurbanov start heyətində bu futbolçulara şans verib: Martin Zlomisliç, Bədavi Hüseynov (k), Bentse Varkonyi, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Kadi, Jali Muaddib, Abdulla Zubir, Aleksey Kaşuk.
“Dinamo” ilə səfər oyunu ilə müqayisədə start heyətində üç dəyişiklik var. Qapıçı Koxalski yerini Zlomisliçə verib, cəzalı Makreskisin əvəzinə Hüseynov start heyətində yer alıb, eləcə də Sefas ehtiyatda qalıb, Kadi ilk dəqiqələrdən şans qazanacaq.