"Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü

13.08.2026 14:20 6
Ölkə futbolu
Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyəcək.

"Football-plus.az" xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi ilə anlaşma 1 illikdi.

24 yaşlı futbolçu 2023/24 mövsümündə də komandanın heyətində çıxış edib. O, son mövsümü “Şamaxı”da keçirib.