Azərbaycanlı legionerlərin şərəfini qoruduğu klublar da bu gecə avrokubok oyununa çıxıb. Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Zaltsburq”u qəbul edən “Pafos” heç-heçə ilə kifayətlənib – 3:3. Murad Məmmədovun komandası ilk yarıda 2:0 önə çıxsa da, 2-ci hissədə ardıcıl üç qol buraxıb. 82-ci dəqiqədə meydana çıxan Muradın gücü yalnız gözəl qol vurmaqla komandasını məğlubiyyətdən xilas etməyə çatıb. Evdə 1:0 hesabıyla qalib gələn “Zaltsburq” iki oyunun nəticəsinə görə pley-offa adlayıb. “Pafos” isə artıq mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.
Mahir Emrelinin “Rakuv”u isə Konfrans Liqasının 3-cü mərhələsində “Hammarbü” səddini arxada qoyub. Evdə qolsuz heç-heçə edən polşalılar səfərdə İsveç təmsilçisini 1:0 hesabıyla məğlub edib. Start heyətində yer alan Mahir 67-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb, 73-cü dəqiqədə əvəzlənib. “Rakuv” KL-in pley-offunda “Hayduk”la qarşılaşacaq.