İspaniya Laliqasının 10-cu turunda “Barselona” “Vilyarreal”ı 3:0 hesabı ilə məğlub edib.
“Football-plus.az” xəbər verir ki, bu nəticə ilə Kataloniya təmsilçisi daha bir rekorda imza atıb. Xavinin komandası bu mövsüm çempionatda 10 görüşün 2-də qapısında qol görüb. “Barselona” həmin oyunlarda “Real Sosyedad”a 4:1, “Real”a isə 3:1 hesabı ilə məğlub olub. Qalan 8 qarşılaşmanın hamısında qol buraxmadan qələbə qazanıb. Bununla da, kataloniyalılar Laliqada 6-cı, klub tarixində 3-cü dəfə bu nəticəni təkrarlamış olub.
Mövsüm ərzində 10 görüşün 8-də qapısından top buraxmayan komandaların siyahısını təqdim edirik:
“Atletik”, 1969/70 mövsümü (yekunda 2-ci yer)
“Deportivo” 1993/94 mövsümü (yekunda 2-ci yer)
“Barselona” 2011/12 mövsümü (yekunda 2-ci yer)
“Barselona” 2014/15 mövsümü (yekunda çempion)
“Atletiko” 2020/21 mövsümü (yekunda çempion)
“Barselona” 2022/23 mövsümü (çempionat davam edir).