“Sabah”ın ardından qəhrəmanlıq növbəsi “Qarabağ”a çatdı.
"Football-plus.az" xəbər verir ki, vitse-çempion bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu qəbul edəcək. İlk oyundakı nəticənin, ümumiyyətlə, “Qarabağ”ın zəif oyununun azarkeş marağına mənfi yöndə təsir göstərəcəyini düşünənlər çox olsa da, rəqəmlər başqa söz deyir. Klub özü təxminən iki saat əvvəl satışda artıq məhdud sayda bilet qaldığını elan edib.
Biz də bu məsələ ilə maraqlandıq. Bilet satışını həyata keçirən “i-ticket” saytından əldə etdiyimiz məlumata görə, artıq 26945 bilet satılıb. Biz bu yazını qələmə alanda da satış davam edirdi. Odu ki, “Qarabağ” dolu tribunalar qarşısında “Dinamo”dan məğlubiyyətdən əvəzini çıxmağa çalışacaq. Belədə yalnız nə çatışmır? Qələbə!
İSRAYIL XEYRULLAYEV