PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı

13.08.2026 00:57 18
Dünya futbolu / Manşet
Bu gün avrokubokların 2026/27 mövsümündə ilk qalib müəyyənləşib: Avstriyanın Zaltsburq şəhərində Avropa Superkuboku (AS) oyunu keçirilib. Ümumilikdə 51-ci olacaq dueldə PSJ ilə “Aston Villa” qarşılaşıb.
Superkubok matçı Bakı vaxtı ilə saat 23.00-da başlayıb. Budəfəki matça afrikalı hakimlərin təyinat alması da xüsusi vurğulanmalıdı. Oyunda somalili Omar Artan fit çalacaq. Ona cibutili Liban Ahmed ilə keniyalı Stefen Yiembe kömək edəcəklər. Bu təyinat UEFA ilə Afrika Futbol Konfederasiyası arasında imzalanan Əməkdaq Memorandumu çərçivəsində reallaşıb. 2025-ci ildə Afrikanın ən yaxşı hakimi seçilən Artan DÇ-2026-nın oyunlarını idarə edənlərin siyahısına daxil idi. Lakin 35 yaşlı referiyə əsas təşkilatçı ölkə olan ABŞ ərazisinə daxil olması üçün viza verilməmiş və bu hadisə dünya futbolunda ciddi narazılığa yol açmışdı.
Bir qədər əvvəl başa çatan oyunda 2:1 hesabıyla qələbə qazanan PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokuna yiyələnib. Paris klubu ötən il finalda "Tottenhem"ə qalib gəlmişdi.
PSJ (Fransa) - Aston Villa (İngiltərə) 2:1
Xviça Kvaratsxeliya, 20. Dezire Due, 62 - Brayan Maco, 45.