"Real”a yeni mövsümdə lazım olmadı

13.08.2026 20:35 6
Dünya futbolu
Franko Mastantuono “Real”a yeni mövsümdə lazım olmayıb.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu futbolçunu “Fiorentina”ya icarəyə göndərib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər A seriyası təmsilçisində çıxış edəcək.

Yeniyetmə futbolçu ötən mövsüm La Liqada 23 oyunda meydana çıxıb və 1 qol vurub.