“Barselona” qol buraxılmayan oyunların sayına görə İspaniya çempionatının yeni rekordunu müəyyənləşdirdi.
Football-plus.az xəbər verir ki, kataloniyalılar 22 oyunun yalnız 5-də top buraxıb. 22 tur ərzində 17 “quru” oyun – turnirin rekordudu. “Barsa” 1993/94 mövsümündə 16 oyunda qapısını toxunulmaz saxlayan “Deportivo”nun rekordunu yenilədi.
“Barsa” 22 tur ərzində buraxılan qol sayına görə də rekord müəyyənləşdirdi. Xavinin komandasının qapısından yalnız 7 top keçib.
“Real” 3, “Real Sosyedad”, “Osasuna”, “Espanyol” və “Betis” hərəyə 1 qol vurub. Bu mövsümə qədər rekord 22 tur ərzində 9 qol idi. “Barselona” özü 1986/87, “Deportivo” 1993/94, “Atletiko” isə 2017/18 mövsümündə belə göstərici ilə yadda qalmışdı.