Klubu ilə yenidən anlaşdı

21.08.2026 22:25 9
Dünya futbolu
Nəhayət, Vinisius Junior ilə bağlı transfer şayiələrinə son qoyulub.

"Football-plus.az" xəbər verir ki, Braziliyalı hücumçu “Real”la yeni müqavilə imzalayıb. O, Madrid klubu ilə müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb.

Vinisius “Real”a 2018-ci ildə “Flamenqo”dan 45 milyon avroya transfer olunub. O, ötən mövsüm madridlilərin heyətində keçirdiyi 53 oyunda 22 qol vurub və 14 məhsuldar ötürmə edib.