“Nyukasl” Çexiya yığmasının qapıçısı Lukaş Qorniçeki transfer edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, onunla 5 illik müqavilə imzalanıb.
Qorniçek 2019-cu ilin yayından “Braqa”da çıxış edirdi. O, ötən mövsüm komandanın heyətində bütün yarışlarda 55 oyun keçirib və 51 qol buraxıb. Lukaş 24 oyunda qapısını toxunulmaz saxlayıb.
Portuqaliyadan İngiltərəyə üz tutdu
Dünya futbolu





