Fransadan Almaniyaya yollandı

27.08.2026 23:31 3
Dünya futbolu
Fakundo Medina yeni mövsümə Almaniyada başlayacaq.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının oyunçusu “Marsel”dən “Bayer-04”ə keçib. 27 yaşlı mərkəz müdafiəçisi Leverkuzen klubu ilə 5 illik müqavilə imzalayıb.

Medina “Marsel”də 2025-ci ilin yayından çıxış edirdi. O, 2025/26 mövsümündə 26 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Fakundo milli komandada 14 oyun keçirib. O, DÇ-2026-da 5 matçda meydana çıxıb.