Haunun xələfi o oldu

13.08.2026 15:20 8
Dünya futbolu
"Nyukasl”ın yeni baş məşqçisinin adı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, komandanı bundan sonra Mattias Yayssle çalışdıracaq. Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 38 yaşlı almaniyalı mütəxəssislə imzalanan sözləşmənin müddəti 3 illikdi. Yayssle yeni vəzifədə Eddi Haunu əvəzləyib.

Yaysslenin sonuncu iş yeri 2023-cü ildən çalışdırdığı “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) klubu olub.