Dünya çempionunun yolu haradı?

13.08.2026 19:25 9
Dünya futbolu
Rodrinin karyerası ilə bağlı növbəti variant ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi karyerasını “Barselona”da davam etdirmək qərarına gəlib. Bu barədə futbolçunun agenti Pablo Barkero “El Larguero”ya açıqlamasında bildirib. O, bu yay dünya çempionu olan Rodrinin qərarını xidmətində maraqlı olan “Real”a şəxsən çatdırdığını deyib.
Bir müddət əvvəl “Cadena Ser” də 30 yaşlı futbolçunun “Barselona”ya transferə razılıq verdiyini yazmışdı.

Rodri “Mançester Siti”də 2019-cu ildən çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında sona çatacaq.