Mikki van de Ven klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi “Tottenhem”lə yeni müqavilə bağlayıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, yeni müqaviləyə əsasən, 24 yaşlı niderlandlı futbolçunun maaşı artırılacaq.
Van de Ven “Tottenhem”də 2023-cü ilin yayından çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 45 oyunda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.