“Barselona” Xulian Alvaresin transferindən imtina edib.
"Football-plus.az" xəbər verir ki, jurnalist Matteo Morettonun məlumatına görə, hazırkı vəziyyətə əsasən, argentinalı forvard növbəti mövsümdə də “Atletiko”da qalacaq. Baxmayaraq ki, Xulian dünya çempionatı zamanı komandadan ayrılmaq istədiyini açıqlamışdı.
Moretto bildirib ki, “Barselona” rəhbərliyi artıq digər hücumçu variantlarını dəyərləndirir və gözlənilməz hadisə baş verməsə, Alvares Kataloniya klubuna keçməyəcək.