“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!

13.08.2026 11:23 63
Aktual / Ölkə futbolu
“Turan Tovuz” Konfrans Liqasına vəsiqə qazansa da, cəza səbəbindən onu “Zirə” əvəzlədi. Hələ yay təlim-məşq toplanışının planını hazırlamayan “qartallar” iki həftə Türkiyədə təlim keçdi. Daha sonra Konfrans Liqasında ikinci mərhələdə mübarizəni dayandırdı. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda sonuncu dəfə iyulun 30-dan meydana çıxıb. Konfrans Liqasında mübarizəni dayandıran “Neftçi” oyun qrafikindəki boşluğu “Şahdağ Qusar”la qarşılaşma ilə doldurdu. “Zirə” növbəti oyunu avqustun 16-da “Şəfa”ya qarşı keçirəcək. Bəs belə uzunmüddətli, 17 günlük fasilə iddialı “Zirə” üçün nöqsan deyilmi?

Bu məsələ ilə bağlı təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun fikrini öyrəndik:

“Bu, baş məşqçinin qurduğu uzunmüddətli hazırlıq proqramından asılıdı. Elə komandalar var ki, həftə ərzində iki oyunda komandasını sınayır. Bəzən bu halları görmüşük. Hər çalışdırıcının hazırlıq metodu fərqlidi. “Zirə” yaxşı hazırlıq keçibsə, yoxlama oyununa ehtiyac duymaya bilər. İndiki halda bir çox məşqçimizin PRO kateqoriyası var. Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik”.

İSRAYIL XEYRULLAYEV