Dortmundu tərk etdi

31.08.2026 10:00 10
Dünya futbolu
Dortmund “Borussiya”sından ayrılan Yulian Brandtın yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, Almaniyalı futbolçu karyerasını Niderlandda davam etdirəcək. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi “Ayaks”la ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Yulian “Borussiya”da 2019-cu ilin yayından çıxış edirdi. Almaniya yığmasının üzvü ötən mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 41 matçda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.