"Qarabağ"ın növbəti rəqibi məlum oldu

14.08.2026 00:17 16
Avrokuboklar
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”suna 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. İlk görüşdə Ukrayna klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Qurban Qurbanovun komandası pley-offda Niderland “Tvente”si ilə qarşılaşacaq.

“Tvente” 3-cü təsnifat mərhələsində Slovakiyanın DAK-1904-ünü mübarizədən kənarlaşdırıb. Niderland təmsilçisi ilk matçda 6:0 hesabı ilə qalib gəlib, cavab görüşündə isə 3:3 hesablı heç-heçə edib.

“Qarabağ” pley-offda ilk oyunu səfərdə keçirəcək. Bu mərhələnin ilk matçları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.