Millimiz Qazaxıstana uduzdu

13.08.2026 10:52 7
Ölkə futbolu
15 yaşadək qızlardan ibarət millimiz Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Millimizin heyətində qolu 71-ci dəqiqədə Zəhra Əkbərli vurub.

U-15 növbəti oyununu avqustun 14-də Rusiya yığmasına qarşı keçirəcək.