Gözlənilən təyinat rəsmiləşdi

25.08.2026 13:02 10
Dünya futbolu
Dieqo Forlanın Uruqvay yığmasına təyinatı rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, o, həm əsas, həm də 20 yaşadək futbolçulardan ibarət milli komandaların baş məşqçisi təyin edib. Bu barədə Uruqvay Futbol Assosiasiyası məlumat yayıb.

47 yaşlı mütəxəssis DÇ-2026-da qrup mərhələsini qələbəsiz başa vuran Marselo Byelsanı əvəzləyib. Forlan işinə dərhal U-20 yığmasında başlayacaq.

O, futbolçu kimi milli komandada 112 oyun keçirib, 2011-ci ildə Amerika Kubokunun qalibi olub. Sabiq hücumçu 2019-cu ildə karyerasını başa vurduqdan sonra “Penyarol” və “Atenas” klublarını çalışdırıb.