Əvəzedicilər liqasının da startına az qalib. Artıq hazırlıq prosesi yekunlaşıb? Yoxsa komanda hələ yoldaşlıq görüşləri keçirəcək? Abbas Hüseynov formaya düşübmü?
“Football-plus.az” olaraq, bu suallara cavab tapmaq üçün əvəzedicilərin baş məşqçisi Maksim Medvedevlə əlaqə saxladıq:
“Hazırlıq prosesi davam edir. İnşallah, avqustun 21-22-də ilk rəsmi oyuna çıxacağıq. Hələ ki yoldaşlıq oyunları davam edir. Fərqli komandalarla oynamışıq. Önümüzdə hələ iki matç var. O matçlara da çıxıb, artıq komandanı formalaşdıracağıq ki, çempionatda hansı oyunçularla oynayacağımızı planlaşdıraq. Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir. Tibbi müayinədən keçir ki, hər şey qaydasında olsun. İnanıram ki, o da çempionatın startına qədər hazır olacaq və bizə kömək edəcək”.
İSRAYIL XEYRULLAYEV






