
Dünya futbolu
227
14.03.2022, 12:29
“Barselona” “Real”ı darmadağın edib çempion oldu!
Sərlövhə ilk baxışdan adamı təəccübləndirməyə bilmir.
Martın ortasında nə çempionluq? “Barselona” “Real”a qarşı hansı turnirdə qələbə qazanıb? Kataloniyalılar həqiqətən də, həftəsonu əzəli rəqibini 5:0 hesabı ilə darmadağın edib çempion olublar! Amma bu uğura “Barselona”nın qadınlardan ibarət komandası imza atıb.
“Göy-qırmızılar” qadınların yarışdığı İspaniya çempionatında mövsümün sonuna 6 tur qalmış qızıl medallara sahib çıxıblar. Onu da qeyd edək ki, “Barselona” ilk 24 oyunun hamısında qalib gəlib. Bu oyunlarda 136 qol vuran Kataloniya əyalətinin komandası qapısından yalnız 6 top buraxıb. Ardıcıl 3-cü, ümumilikdə isə 7-ci çempionluğunu rəsmiləşdirən “Barsa”nın bu göstəriciyə əsasən rekordçu olduğunu da vurğulayaq.