Bu həftə avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Meydana çıxacaq komandalar sırasında təmsilçiləmiz də var. Belə ki, "Sabah" Çempionlar, "Qarabağ" Konfrans Liqasında qüvvəsini sınayacaq.
Əvvəlcədən bildirək ki, "Sabah" - "Orhus" oyunu İctimai Televiziya, "Qarabağ" - "Dinamo" matçı "CBC Sport" vasitəsilə canlı yayınlanacaq. O başqa məsələ ki, "bayquşlar"ın görüşü "CBC Sport"un STS-i tərəfindən çəkiləcək.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Sabah - Orhus (Danimarka) 4:0
Velko Simiç, 59. Stiv Solvet, 67. Coy-Lens Mikels, 79. Xander Severina, 89
Hakimlər: VİLLİ DELAYO, Ervan Finyan, Valentin Evrard, Erik Vattellyer (hamısı Fransa).
11 avqust. Bakı, "Bank Respublika Arena". Saat 20.00.
İlk oyun - 1:2.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Qarabağ - Dinamo (Kiyev, Ukrayna) 2:0
Jali Muaddib, 12. Aleksey Kaşuk, 69.
Hakimlər: STÜART ATTVELL, Yan Hussin, Nik Qrinhalq, Lyuis Smit (hamısı İngiltərə).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.
İlk oyun - 0:1.
KƏNAN BAHADIR
"Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
Manşet / Avrokuboklar






