Con Lukumi tezliklə komandasını dəyişməyə yaxındı.
"Football-plus.az" xəbər verir ki, “Bolonya”nın mərkəz müdafiəçisi “Yuventus”a keçməyə razılıq verib. İnsayder Nikola Skiranın məlumatına görə, 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Lukuminin Turin klubundakı illik qazancı 2,5 milyon avro təşkil edəcək. Amma keçidin reallaşması üçün “qoca sinyora” “Bolonya” ilə də razılığa gəlməlidi.
Lukumi ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 43 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.