“Qarabağ” sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Bu gün keçirilən mətbuat konfransında Polşada vurulan yeganə qolun müəllifi Matvey Ponomarenko da iştirak etdi.
- Matçda qol müəllifi olduz. Lakin xeyli güc sərf etdiz. Bu amil çıxışınıza təsir edə bilər?
- Çətin oyun olacaq. Azarkeşlərin sayı kifayət qədər çox olacaq. Biz oyuna hazırlaşırıq. Qələbə qazanmağı düşünürük.
- “Qarabağ”ın ötənilki çıxışından xəbərdarsız. 20 yaşlı gənc futbolçuya bu komandaya qarşı oynamaq əlavə motivasiya verirmi?
- Biz hər oyuna hazırıq. “Qarabağ” güclü komandadı, ötən il onları müşahidə etmişəm. Hər oyuna hazırlaşdığımız kimi hazırlaşırıq. Əlbəttə, çətin matç olacaq.
- Oyuna necə hazırlaşırsız?
- Ciddi. İndi də stadionla tanış olacağıq. Düşünürüm ki, qələbə qazanacağıq.
İSRAYİL XEYRULLAYEV