MY yeniyetmə futbolçu aldı

13.08.2026 22:30 21
Dünya futbolu
“Mançester Yunayted” sıralarına yeniyetmə futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Fortaleza”dan yarımmüdafiəçi Kristian Oroskonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı futbolçu ötən mövsüm “Fortaleza”nın əsas heyətində 5 matçda meydana çıxıb. Kristian Kolumbiyanın U-17 yığmasında da çıxış edir.

Futbolçu əvvəlcə “Mançester Yunayted”in akademiyasında çıxış edəcək.