• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya”da Mane - Sane qalmaqalı

Dünya futbolu

16-04-2023, 23:0

“Bavariya”da vəziyyət yenə gərgindi. Mövsüm Münhen nəhəngi üçün o qədər də uğurlu keçmir. Komanda bundesliqada lider olsa da, “Borussiya” ilə arada cəmi 2 xallıq fərq var. Ölkə kubokunu artıq qazanmaq mümkün olmayacaq. Elə çox güman, Çempionlar Liqasını da...

Seneqallıya hansı cəza verildi?
Manuel Noyerin xizək sürərkən ayağını qırıb uzun müddətə sıradan çıxmasının, Yulian Naqelsmannın PSJ üzərində inamlı qələbələrdən sonra istefaya göndərilməsinin ardından indi də müzakirələrə səbəb olan başqa olay yaşanıb. Bilindiyi kimi? komanda ÇL-in 1/4 finalında səfərdə “Mançester Siti”yə 0:3 hesabıyla uduzmaqla ağır zərbə aldı. Əsas həngamə oyundan sonra qopdu və Sadio Mane ilə Leroy Sane arasında münaqişə yaşandı. Bu iki futbolçunun hələ oyunun gedişində ulduzunun barışmadığı hiss edilmişdi. İkinci hissədə meydana çıxan Mane 83-cü dəqiqədə Sane ilə bir anlaşmazlıq yaşadı. Top itirildikdən sonra almaniyalı futbolçu seneqallının üstünə qışqırdı. “Bild” nəşrinin versiyasına görə Sanenin bu davranışı Manenin xoşuna gəlməyincə, təcrübəli futbolçu məsələni oyun bitdikdən sonra paltardəyişmə otağında aydınlaşdırmağa çalışıb. Zatən nəticə üzündən əsəbi və gərgin olan futbolçular arasında dava düşüb. Mane Sanenin üstünə hücum çəkərək onun sifətinə zərbə endirib və dodağını partladıb! Araya girən komanda yoldaşları Saneni otaqdan çıxararaq hər iki futbolçunu sakitləşdirib. Hadisənin səbəbləri ilə bağlı bir neçə versiya var. Məsələn, bir mənbənin iddiasına görə, Sane oyunun gedişində baş verən anlaşmazlıq zamanı Maneni “qara zibil” adlandırıb. Digər versiyaya görə isə Manenin bu cür əsəbi və emosional olması ötən həftəsonu Seneqalda onun doğmaca xalasının dünyasını dəyişməsi ilə bağlıdı. “Bavariya” rəhbərliyinin də bundan xəbəri var idi. Amma etiraf edək ki, bu, komanda yoldaşını döymək üçün ciddi səbəb deyil...

Hadisə böyük ajiotaj doğurduğundan hamı rəhbərliyin atacağı addımı gözləyirdi. “Rekordmayster”in idarə heyəti cümə axşamı səhər saatlarında toplantı keçirdi. Burda Mane ilə yolların ayrılması da daxil olmaqla bütün mümkün variantlar müzakirə edildi. İlk növbədə seneqallı oyunçudan komanda yoldaşlarının arasında Sanedən üzr istəməsi tələb olundu. Mane bundan imtina etsəydi, daha ciddi problem yaşaya bilərdi. Amma təcrübəli oyunçu rəhbərliyin tələbini yerinə yetirdi. Daha sonra hər iki futbolçu barışaraq günorta məşqə yollandı. Maneyə bu hərəkətinə görə təxminən 500 min avro cərimə kəsildi. Bundan başqa, futbolçu bu gün “Hoffenhaym”lə keçiriləcək bundesliqa matçının iştirak ərizəsinə salınmayacaq. Deyilənə görə, Sane özü də rəhbərlikdən Mane ilə müqavilənin ləğv olunmamasını və ona ciddi cəzanın verilməməsini xaiş edibmiş.

Onun əvvəllər də “hoqqaları” çox olub
“Bavariya” ötən yay 42 milyon avro qarşılığında Maneni “Liverpul”dan transfer edərkən ondan belə xəbərlərlə gündəmə gəlməyi yox, daha güclü mövsüm keçirməsini gözləyirdi. 31 yaşlı futbolçu cari “futbol ili”ndə 32 rəsmi oyunda yalnız 11 qol vurub. Robert Levandovski kimi “qol maşını”nın yerinə transfer edilən və üstəlik klubda hamıdan çox – illik 22 milyon avro məvacib qazanan futbolçu üçün o qədər yaxşı göstərici deyil. Bir tərəfdən öz doğma məmləkətində xəstəxanalar tikdirmək və məsciddə döşəmə sildiyi yerdə çəkilən videosu ilə futbol dünyasında alqış qazanan Mane digər tərəfdən tez-tez çılğın xarakterinin qurbanı olur. Yeri gəlmişkən, bu, onun “Bavariya”da qısa müddət ərzində yaşadığı ikinci qalmaqaldı. Martın əvvəllərində ÇL-in 1/8 finalında PSJ-yə qarşı evdəki cavab oyunundan (2:0) sonra o, az oynadığına görə o dönəmdəki baş məşqçi Yulian Naqelsmannın üstünə qışqırmışdı. Üstəlik düz komanda yoldaşlarının gözü önündə. Almaniya mətbuatı iddia etmişdi ki, Naqelsmann Manenin özünü belə aqressiv aparmasından şoka düşüb. Ən maraqlısı odu ki, növbəti qarşılaşmada Mane start heyətində meydana çıxdı. Şayiələrə inansaq, Naqelsmannın istefaya göndərilməsinin bir səbəbi də məhz bu hadisə idi. Rəhbərliyin fikrincə, 35 yaşlı mütəxəssis paltardəyişmə otağına nəzarəti əldən verib.

Əvvəlki illərə nəzər salsaq, Mane ilə bağlı yenə bir çox qalmaqalın olduğunu görərik. Məsələn, qaradərili futbolçu 2015-in avqustunda “Zaltsburq”da oynayarkən böyük çempionata yollanmağı o qədər çox arzulayırdı ki, hətta öz komandasının oyununu boykot etmişdi. Həmin vaxt “Zaltsburq”un ÇL-in təsnifatında “Malmö”yə qarşı vacib oyunu var idi. Mane nə oyunöncəsi məşqə çıxmışdı, nə də oyuna gəlmişdi! Bir neçə həftə sonra onun 12 milyon funt sterlinq qarşılığında “Sauthempton”a transferi reallaşdı. Manenin dünya ulduzuna çevrildiyi “Liverpul”da da “hoqqaları” az olmayıb. 2019-da onun heç də özündən az populyar olmayan komanda yoldaşı Məhəmməd Salahla yaşadığı olay İngiltərədə uzun müddət gündəmi zəbt etdi. “Bernli”yə qarşı səfər oyununda Salah faktiki boş qapı önündə dayanan Maneyə topu verməyərək hücumu özü tamamlamaq istədi. Təbii ki, Mane misirliyə etirazını bildirdi və sonrakı dəqiqələrdə acığa düşərək ona ötürmə vermədi. Yürgen Klopp dərhal Maneni əvəzlədi. Bundan daha da hiddətlənən futbolçu ehtiyat oyunçular skamyasında hisslərini cilovlamaqda çətinlik çəkirdi. O, Salahla “razborka”nı dəhlizdə də davam etdirdi. Elə həmin mövsüm “Liverpul” “Aston Villa” ilə səfər oyununda fasiləyə minimal hesablı məğlubiyyətlə yollanmışdı. Fasilədə Mane ilə Endryu Robertson arasında qızğın bir münaqişə yaşandı. Maraqlıdı ki, ikinci hissədə hər iki futbolçu qol vuraraq komandasına qələbə qazandırdı. Robertson oyundan sonra zarafatca “gərək hər matç Mane ilə dalaşım” açıqlamasını verdi. Klopp belə desək, Manenin dilini bilirdi. Və hər dəfə bu olayları yoluna qoymaq mümkün olurdu. Baxmayaraq ki, Mane hətta Kloppun ona qarşı da “hoqqa verirdi”. 2021-in mayında qəhrəmanımız “Mançester Yunayted”lə qarşılaşmada ehtiyatda qaldı və bunu həzm edə bilmədi. Klopp ona yox, Dioqo Jotaya şans vermişdi. Bu üzdən Mane final fitindən sonra nümayişkəranə şəkildə Kloppun əlini sıxmaqdan imtina etdi. Bütün bu hadisələrə baxmayaraq, sanki “Liverpul”dakı Mane “Bavariyada”kından daha güclü və xoşbəxt görünürdü. Bu üzdən onun yayda sabiq klubuna qayıdacağı ilə bağlı söz-söhbət artıq indidən yayılıb. Son qolunu oktyabrda vuran Mane qalan müddətdə də özünü göstərə bilməsə, çətin ki, “Bavariya” onun ayrılmasına mane olsun.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-04-2023, 12:0

''Bavariya''nın paltardəyişmə otağında dava düşdü!

Dünya futbolu

14-04-2023, 18:0

Mane ilə Sane əlbəyaxa olublar

Dünya futbolu

18-10-2022, 20:0

“Bavariya”nın oyunçusu sıradan çıxdı

Dünya futbolu

9-11-2022, 12:0

Mane DÇ öncəsi zədələndi

Dünya futbolu

17-10-2022, 13:0

"Bavariya"da ciddi itki

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə