Mane DÇ öncəsi zədələndi

9.11.2022 12:51 428
Dünya futbolu
Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane zədələnib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda "Verder"lə matçda sıradan çıxıb. O, 20-ci dəqiqədə Leroy Sane ilə əvəzlənib. Onun DÇ-2022-yədək sağalıb-sağalmayacağı məlum deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Seneqal millisi dünya çempionatında A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.