Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada Con Stounz qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. 28 yaşlı Con digər nominantlar Braim Dias (Milan”), Vinisius Junior (Real) və Alessandro Bastonini (İnter) qabaqlayıb. Xatırladaq ki, Stounz “Bavariya” ilə ilk matçda komandasının 3:0 hesablı qələbəsində 86 faizlik dəqiq ötürmə və bir assist ilə rol oynamışdı.