“Bavariya”nın oyunçusu sıradan çıxdı

18.10.2022 20:30 387
Dünya futbolu
Leroy Sane bir müddət futbol oynaya bilməyəcək. “Bavariya”nın oyunçusu zədələnib.

Klub saytının xəbərində 26 yaşlı yarımmüdafiəçinin bundesliqanın “Frayburq”la matçında (5:0) bud nahiyəsindən zədə aldığı bildirilib. Oyuna davam edə bilməyən Leroy 76-cı dəqiqədə Matis Tellə əvəzlənib. O, təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Sane bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 16 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.