"Bavariya"da ciddi itki

17.10.2022 13:54 398
Dünya futbolu
Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

"Footbal-plus.az" xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Leroy Sane sıradan çıxıb.

26 yaşlı futbolçu Bundesliqanın 10-cu turunun "Frayburq"la matçında zədələnib. Bud nahiyəsindən xəsarət alan Almaniya millisinin üzvünün yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Leroy Sane "Bavariya"nın "Frayburq"u 5:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada komandasının üçüncü qolunun müəllifi olub.