• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor” çətin gündə Türkiyəni sevindirdi

Dünya futbolu

18-02-2023, 15:0

Dağıdıcı zəlzələdən bəri 10 gün ərzində Türkiyə ərazisində heç bir rəsmi futbol qarşılaşması keçirilməmişdi. 11-ci gündə Trabzonda bu həsrətə son qoyuldu. Bu qarşılaşmadan öncə Türkiyə futbol tarixində daha öncə heç vaxt baş verməyən olaylar yaşandı. Zəlzələ bütün sahədə olduğu kimi, futbolda da insanları birləşdirməyi bacarıb....

“Trabzonspor” rəhbərliyi əldə olunacaq gəlir yardım fonduna köçürüləcəyi üçün hamıya, hətta akrreditasiyalı jurnalistlərə də biletləri pulla satmış, eləcə də başqa klubların fanatlarını və prezidentlərini matça dəvət etmişdi. Oyun günü 4 nəhəng klubun fanatlarının Trabzonun görməli yerlərini gəzib birlikdə şəkil çəkdirmələri ortaya gözəl görüntülər çıxarmışdı. Federasiya prezidenti Mehmet Büyükekşi başda olmaqla, “Fənərbaxça”, “Qalatasaray”, “İstanbul BŞ” və başqa klubların prezidentləri oyunu izləmək üçün Trabzona gəlmişdilər.

Bundan başqa, yardıma dəstək olmaq üçün “Fənərbaxça”, “Qalatasaray”, “İstanbul BŞ” 1000, “Beşiktaş” isə 1903 xatirə bileti almışdı. Trabzonlu fanatlar mərkəzi tribunada zəlzələyə aid möhtəşəm bir xoreoqrafiya hazırlamışdılar. Orda Azərbaycan da daxil olmaqla Türkiyəyə yardın edən bir çox ölkənin bayrağı təsvir olunmuşdu. Fanatlar matçın ilk dəqiqələrində səssiz qaldılar və yalnız 04.17-dən (zəlzələnin başlama saatı) sonra təzahüratlar səsləndirməyə başladılar. Eləcə də hər iki klub razılaşmışdı ki, qol sevinci olmayacaq.
Belə bir gündə və belə bir qarşılaşmada “Trabzonspor”un qalib gəlməməyə haqqı yox idi.

Türkiyə çempionu çətinliklə də olsa, ümidləri doğrultmağı bacardı. Matçın böyük bölümündə rəqibdən üstün oynayan Trabzon təmsilçisi minimal hesabla qalib gəldi. 65-ci dəqiqədə Trezeqenin baş zərbəsini qapıçı dəf etsə də , özünü yetirən danimarkalı Strüger Larsen topu tora göndərdi. Qoldan sonra trabzonlu oyunçular Türkiyə bayrağını açdılar. Cavab oyunu gələn həftə - fevralın 23-də keçiriləcək.

pley-off, ilk oyun
Trabzonspor – Bazel (İsveçrə) 1:0
Strüger Larsen, 65.
Trabzonspor: Uğurcan Çakır, Peres (Bartra, 72), Uqo, Densvil, Ərən Elmalı (Strüger Larsen, 46), Siopis (Umut Bozok, 85), Doğucan Haspolat, Bakasetas, Abdülkadir Ömür (Yusuf Yazıcı, 90+1), Trezeqe, Qomes.

Oyundan sonra

Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:

“Bütün ölkənin mənəvi dəstəyini hiss etdik. Bu axşam bütün Türkiyənin komandası “Trabzonspor” oldu. Tribunalarda Türkiyənin, “Fənərbaxça”nın, “Qalatasaray”ın, “Beşiktaş”ın, başqa klubların bayraqlarını görmək xoş idi. Qol vurmaq üçün 5-6 real fürsətimiz oldu. Qapımız önündə isə yalnız bir dəfə ciddi təhlükə yarandı. Əvvəldən sona qədər oyun planımıza sadiq qaldıq. Cüzi də olsa, üstünlük qazandıq. Qalib gəlməklə insanlarımızın üzünü az da olsa, güldürə bildiksə, bu, bizim üçün böyük məna daşıyır. Bura gələn bütün başqanlara, fanatlara təşəkkür edirəm. Ümid edirəm ki, bu dostluq və bərabərlik daha da güclənəcək.

Bu hələ başlanğıcdı. Yaralarımızı bu şəkildə sağaldacağıq. İnanıram ki, səfərdən də istədiyimiz nəticə ilə qayıdacağıq və sonrakı püşkatmada da iştirak edəcəyik. Avrokuboklarda 4 klubla yola davam etmək çox önəmlidi. “Fənərbaxça” ilə “İstanbul BŞ” bu mövsüm mühüm işlər gördü. Biz və “Sivasspor” da əlimizdən gələni edirik”.

Hayko Fogel, “Bazel”in idman direktoru:

“Əslində bu gün 90 dəqiqəyə sığmayan bir qarşılaşma oynadıq. Hər iki komandanın oyuna yaxşı köklənmədiyi hiss olunurdu. Matçdan öncə də demişdim ki, sadəcə, oynamaq məcburiyyətində qaldığımız üçün meydana çıxırıq. Oynadıq və bitti. “Trabzonspor”un öz meydanında yaxşı oynadığını bilirdik. Bunu bir daha göstərdilər. Zatən bu mövsüm evdə heç kimə yenilməmişdilər. Digər klublar kimi bizi də burdan əliboş yola saldılar. Evə məğlubiyyətlə qayıtmaq istəməzdik. Amma cavab oyununda bunun əvəzini çıxmağa çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

27-01-2023, 10:0

Mayda bir həftə içində iki derbi izləyə bilərik

Dünya futbolu

1-05-2022, 12:0

''Trabzonspor'' 38 illik həsrətə son qoydu

Dünya futbolu

25-08-2022, 09:0

Türkiyə futbolunda 27 ildən sonra acı reallıq

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
Daha çox
Oxunub: 701
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 240
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə