U-21 millimiz Bəhreynə qarşı

6.06.2026 11:12 15
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimiz Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gələcək.

İsparta şəhərindəki “Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.