Arda Gülərin Xabi Alonsonun başçılığı altında ''Real''da necə inkişaf edəcəyi hər kəsə maraqlıdı. Xüsusilə türkiyəli ulduzun Luka Modriçin davamçısı və ''kral klubu''nun yeni beyni olacağını düşünənlər az deyil.
Bir şey dəqiqdi ki, Ardanın artıq ''Real''da Karlo Ançelotti dönəmi ilə müqayisədə üzərinə daha çox yük düşəcək və o, daha çox şans qazanacaq. Ancaq heç də hamı Ardanın ''Real''ın liderinə çevriləcəyinə inanmır.
Belələrindən biri Predraq Miyatoviçdi. 1998-ci ildə Çempionlar Liqasının finalında qələbə qolunu vuran, Madrid nəhənginin əfsanələrindən hesab olunan, eləcə də bir müddət bu klubda idman direktoru kimi çalışan Miyatoviç ''Cadena Ser'' radiosuna açıqlamasında Ardaya Modriçin davamçısı gözü ilə baxılmasının yanlış olduğunu vurğulayıb: