Madrid nəhənginə transfer olunduğu gündən bu yana 3 dəfə zədələnən gənc türkiyəli ulduz artıq tam sağalıb və komanda ilə məşqlərə çıxır. Onun dünənki məşqdə sərgilədiyi driblinqlər və hərəkətlər ''Marka'' nəşrində də gündəm olub.
"Football-plus.az" xəbər verir ki, ''kral klubu'' bu gün La Liqanın 19-cu turu çərçivəsində öz meydanında ''Malyorka'' ilə qarşılaşacaq. Bu oyun üçün 20 nəfərlik iştirak ərizəsinə Ardanın da adı salınıb! Bununla da 18 yaşlı futbolçu 3-cü dəfə ''Real''ın iştirak ərizəsinə düşüb.
Əvvəlki iki matçda Karlo Ançelotti ona şans verməmişdi. Dünən italiyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Arda Gülərin də durumuna toxunaraq bunları deyib:
''Sevindirici xəbərlər almaqdayıq. Çünki zədəli oyunçularımız yavaş-yavaş komandaya qayıdır. Vinisius, Karvaxal və Arda Gülər komanda ilə məşqlərə çıxır. Kamavinqa da ən qısa müddətdə məşqlərə qoşulacaq. İlə gözəl başlamaq və ''Malyorka''nı məğlub etmək istəyirik. Ardaya gəlincə, ən önəmli şey onun özünü necə hiss etməsidi. Yavaş-yavaş ən yaxşı səviyyəsini bərpa etməyə çalışır. Gənc oyunçudu. Tələsməyək ehtiyac yoxdu. Bizə yardım etməsi üçün qarşıda hələ çox vaxtı olacaq. ''Malyorka''ya qarşı oyunda ona şans verməyə çalışacam. Bu, baş tutmasa, deməli başqa oyunda şans qazanacaq''. Oyun ''Real'' üçün rahat məcrada keçsə, türkiyəli ulduzun son anlarda meydana çıxacağı gözlənilir.
ƏLİ






