"Qəbələ" Adriel Ba Loua ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kot-d'İvuarlı yarımmüdafiəçinin müqaviləsi başa çatıb və o, komandadan ayrılıb.
2025-ci ilin yayından "Qəbələ"də çıxış edən futbolçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, premyer-liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 məhsuldar ötürməyə imza atıb.
Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Murad Musayev, Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da yolları ayırıb.