Mark Kukurelya “Çelsi”dən ayrılmaq istəyir.
"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, ispaniyalı futbolçu artıq klubla bu barədə danışıb.
London klubu cinah müdafiəçisini təxminən 40-50 milyon avro qiymətləndirir. “Mundo Deportivo” isə Kukurelyanın “Barselona”ya keçmək istədiyini yazıb.
Kataloniya klubu da ispan futboloçu ilə maraqlanır. Ancaq onun transferi gedişi gündəmdə olan Alexandro Baldenin komandadan ayrılmasından sonra baş tuta bilər.
27 yaşlı Mark yenicə sona çatan mövsümdə “Çelsi”də 50 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.