Amma sonradan vəziyyət dəyişdi. Daha dəqiqi, UEFA iyunun 2-də AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas gətirib, "Turan Tovuz"u 2026/27 mövsümündə Konfrans Liqasından uzaqlaşdırmaqla bağlı qərar verdi.
Bu xəbər Tovuzda əhval-ruhiyyəyə necə təsir göstərib? Stadionda hələ də hansısa işlər görülürmü? "Football-plus.az"ın sualını klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev cavabladı:
"Stadionda işlərimiz planauyğun şəkildə davam edir və artıq yekunlaşmaq üzrədi".
MURAD ABDULLAZADƏ





