Belə anlaşılır ki, Mənsimov lənkəranlı azarkeşlərin bu şəhərdə futbol klubunun yaradılması ilə bağlı xahişinə müsbət yanaşıb, hətta onunla görüşənlərə 2-ci liqada çıxış edə biləcək klubun xərclər smetasını hazırlamağı tapşırıb. Bəs məlum görüşdən sonra nələr oldu? Zaur Ramazanov smeta hazırlamağa başlayıbmı, AFFA rəhbərliyi ilə görüşübmü?
Bu suallara aydınlıq gətirmək üçün Ramazanovla əlaqə saxladıq:
“Bu suallara ancaq iyunun 10-dan sonra cavab verə biləcəm. Təxminən 12-si və ya 13-də”.
Nə dediyik ki... Təki gec olsa da, güc olsun!
İSRAYIL XEYRULLAYEV






