Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər

10.06.2026 16:01 34
Dünya futbolu
1-ci liqada uğurlu çıxış edərək superliqaya qayıtmağın planlarını cızan və bir müddət öncə həmyerlimiz Toral Bayramovu heyətinə qatması ilə diqqət çəkən ''Bursaspor''la bağlı maraqlı bir transfer xəbəri var.

"Football-plus.az" xəbər verir ki, karyerasını Frankfurt ''Ayntraxt''ında davam etdirən Mişi Batşuayi menecerlər tərəfindən ''Bursaspor''a təklif olunub. Ancaq Bursa klubunun rəhbərliyi təcrübəli forvardın onlar üçün bahalı olduğunu düşünür. Hərçənd rəhbərlik belə desək, bu mövzuda qapını tam bağlamayıb. ''Timsahlar'' futbolçunun meneceri ilə təmasları davam etdirirlər və şərtlər uyğun olacağı təqdirdə bu transferin baş tutacağı istisna edilmir. 32 yaşlı belçikalı futbolçu Türkiyə futbolunu gözəl tanıyır. O, daha öncə həm ''Beşiktaş'', həm ''Fənərbaxça'', həm də ''Qalatasaray''da top qovub. Batşuayi hər üç İstanbul nəhəngində oynamış yeganə əcnəbi futbolçudu! Geridə qalan mövsüm onun üçün o qədər də uğurlu keçmədi.

Batşuayi ''Ayntraxt''da cəmi 10 rəsmi oyuna çıxaraq aktivinə 1 qol yaza bildi. Onun bu yay Almaniyadan ayrılması ehtimalı yüksəkdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul