Divok Orici peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib.
"Football-plus.az" xəbər verir ki, Belçika yığmasının sabiq hücumçusu karyerasını başa vurub. 31 yaşlı futbolçu sonuncu dəfə 2024-cü ilin aprelində “Nottinqem Forest”in heyətində rəsmi oyuna çıxıb. O, karyerası ərzində “Lill”, “Liverpul”, “Volfsburq” və “Milan”da da çıxış edib.2014-22-ci illərdə “Liverpul”da oynayan Orici klubla 6 titul qazanıb.
O, vida mesajını “missiya yerinə yetirildi” sözləri ilə başa vurub. Divokun Belçika yığmasında 2014-22-ci illərdə 32 oyuna 3 qol vurduğunu da xatırladaq.