A seriyasında yeni təyinat

10.06.2026 10:52 8
Dünya futbolu
“Fiorentina”nın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Florensiya klubu Fabio Qrossonun baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 47 yaşlı mütəxəssisin sonuncu komandası “Sassuolo” olub. O, futbolçu kimi isə İtaliya yığması ilə 2006-cı ildə dünya çempionu olub.

“Fiorentina”nın A seriyasında son mövsümü 15-ci yerdə başa vurduğunu da xatırladaq.