İran Futbol Federasiyası (İFF) dünya çempionatı ərəfəsində milli komandanın bəzi təmsilçilərinə viza verilməsindən imtina olunandan sonra ABŞ hakimiyyət orqanlarının hərəkətini tənqid edib.
"Football-plus.az" xəbər verir ki, qurumda belə hesab edirlər ki, Birləşmiş Ştatlar İran yığmasına münasibətdə diskriminasiya siyasəti aparır: "Təşkilatçı ölkə İran milli komandasına münasibətdə ayrı-seçkilik prinsipi və məqsədyönlü davranışı ilə idmana ən pis şəkildə siyasi müdaxilə təşkil edən ayrı-seçkilik və qeyri-bərabər oyun meydanı yaradıb".
“Tasnim” agentliyi bir neçə gün əvvəl ABŞ-nin İran nümayəndə heyətinin bəzi üzvlərinə, eləcə də məşqçi korpusunun təmsilçilərinə viza verməyib. İFF-dən həmçinin bu məsələ ilə bağlı FİFA-ya müraciət olunduğu bildirilib. İran tərəfinin fikrincə, dünyanın ali futbol qurumu nümayəndə heyətinin qalan üzvlərinə viza verilməsinə yardım etməlidi.
İranın Türkiyədəki səfiri Məhəmməd-Həsən Həbibullazadə bir neçə gün əvvəl ölkəsinin milli komandasının turnirdə iştirak üçün viza aldığını bildirmişdi. İran yığması iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək turnirin qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misir ilə qarşılaşacaq.