Yeni mövsümdə hər şeyə yenidən başlamaq məcburiyyətində qalan və uzun illərdi, davam edən çempionluq həsrətini bitirmək niyyətində olan ''Fənərbaxça''nın hazırlıq dönəminin ilk mərhələsi ilə bağlı planları bəlli olub.
"Football-plus.az" xəbər verir ki, klubdan verilən rəsmi məlumatda ilk toplanış tarixi qeyd olunub.
İstanbul nəhəngi 5-16 iyul tarixində Avstriyanın Vindişqarsten bölgəsində toplanış keçəcək. Komanda burda 3 hazırlıq oyunu keçirəcək. ''Fənər'' iyulun 8-də Avstriya təmsilçisi ''Admira Vakker'', 11-də Polşa təmsilçisi ''Poqon'', 14-də isə Avstriyanın daha bir təmsilçisi LASK ilə qarşılaşacaq. Qeyd edək ki, LASK son çempiondu. Bu komanda 61 illik fasilədən sonra çempionluq sevinci yaşadı.
Maraqlıdı ki, ''Fənər''in tətildən nə vaxt qayıdacağı və ilk məşqə konkret hansı tarixdə çıxacağı qeyd olunmayıb. Onu da bildirək ki, dünya çempionatında ''sarı-lacivərdlilər''in 7 üzvü - Mərt Günok, Çağlar Söyüncü, Mərt Müldür, İsmayıl Yüksək, Oğuz Aydın, İrfan Can Kahveci və Kərəm Aktürkoğlu iştirak edəcək.