“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır

10.06.2026 16:50 47
Ölkə futbolu / Aktual
Elitaya vəsiqə şansını son anda itirən “Baku Sportinq”in baş məşqçisi Röyal Nəcəfovun istefasından xəbərdarsız. O, ayrılığı klubla hədəflərinin üst-üstə düşməməsi ilə izah edir.

Nəcəfov komandanı çalışdıranda da lisenziya probleminə görə bu vəzifədə Samir Ələkbərovun adı gedirdi. Röyal bəyin gedişindən sonra bu posta kimin gətiriləcəyi maraq doğurur. Çox güman, paytaxt klubu uzağa boylanmayacaq. Elə məhz Ələkbərovla yola davam edəcək. “Football-plus.az” bu məsələyə aydınlıq gətirmək üçün “Baku Sportinq”in mətbuat katibi Araz Əhmədovla əlaqə saxlayıb:

“Baş məşqçi kimi Samir Ələkbərovun adının getməsi lisenziya ilə bağlıdı. Onun A kateqoriya lisenziyası var. 1-ci liqada işləmək icazəsi A kateqoriyası olan məşqçilərə verilir. Bu gün klubdaxili iclas olacaq. Samir Ələkbərov baş məşqçi kimi təsdiq olunmayıb. Ola bilər ki, gələn mövsümdən bu vəzifəni icra etsin. Digər tərəfdən, başqa bir mütəxəssisin namizədliyi də müzakirə oluna bilər. Bu gün keçiriləcək iclasdan sonra hər şey bəlli olacaq”.


İSRAYIL XEYRULLAYEV