"Turan Tovuz" Ozobiçlə vidalaşdı

11.06.2026 08:53
Ölkə futbolu
"Turan Tovuz" Filip Ozobiçlə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

Ozobiç premyer-liqada 2025/26 mövsümündə 27 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.