Arsen Ağcabəyov "Şəfa"da

10.06.2026 13:07 19
Ölkə futbolu
“Şəfa” daha bir transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat ximdəti məlumat yayıb.

Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə cəlb edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş futbolçu icarə əsasında “Səbail”in də formasını geyib.

Xatırladaq ki, yeni mövsümdən premyer-liqada çıxış edəcək "Şəfa" Rauf Hüseynli və Nicat Mehbalıyevi də transfer edib.