"Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı

10.06.2026 14:29 13
Ölkə futbolu
"Karvan-Yevlax"da daha iki ayrılıq yaşanıb.

"Football-plus.az" xəbər verir ki, müqavilələrinin müddəti başa çatan Moise Nqvisani və Olavale Doyeni ilə yollar ayrılıb. Hər iki oyunçu ötən mövsümün əvvəlindən Yevlax təmilçisində çıxış edirdi.

Xatırladaq ki, yeni mövsümdən 1-ci liqada oynayacaq "Karvan-Yevlax"ı daha əvvəl Coy Slayd Mikels, Qavi Tompson, Kayl Spens və Pedro Mateus da tərk edib.